Sizin link burada

"Əlimizdə sehrli çubuq yoxdu" - Stolitsa “Qarabağ”dan qorxur

“Hər bir ölkənin çempionu hörmətə layiqdi. Rəqibin gücündən asılı olmayaraq, sona qədər mübarizə aparacağıq”. Apasport.az saytının məlumatına görə, bunu “Olimpiya”nın baş məşqçisi İliya Stolitsa deyib.

O, yerli mətbuata açıqlamasında Çempionlar Liqasının I təsnifat mərhələsinin püşkünü dəyərləndirib. Cəmi 10 gün əvvəl Lyublyana klubunun postuna gətirilən 40 yaşlı mütəxəssis “Qarabağ”ı tərifləyib.

O, Azərbaycan çempionunu arzulamadıqlarını etiraf edib: “Açığı, mümkün rəqiblər arasında “Qarabağ” və APOEL ən güclü komandalar idi. Təbii ki, imkan daxilində əlimizdən gələni edəcəyik. Lakin komandadakı itkiləri qısa müddətdə sığortalamaq üçün əlimizdə sehrli çubuq yoxdu. İdman xoşbəxtliyinin köməyi ilə avrokuboklarda qalmaq üçün bütün gücümüzü ortaya qoyacağıq”.

Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 11-də Lyublyanada, cavab görüşü isə ayın 18-də Bakıda olacaq.

LENT

19 İyul 2018
18 İyul 2018

Digər xəbərlər >>>