Sizin link burada

(R) SDL Nobel şirkətinin əməkdaşları Milli Qurtuluş gününü qeyd etdi

“SDL Nobel” şirkətinin əməkdaşları Milli Qurtuluş gününə həsr olunmuş tədbirdə iştirak ediblər. Tədbir "Bakı fəhləsi" zavodunun rəhbərliyi tərəfindən təşkil olunub.
 
SDL Nobel əməkdaşları ümummilli lider Heydər Əliyev və Qarabağ müharibəsi şəhidlərinin xatirəsini ehtiramla yad edib zavod ərazisində yerləşən abidələrin önünə əklil qoydular.
 
"Bakı fəhləsi" zavodunun direktoru iştirak edənləri bayram münasibəti ilə təbrik edərək uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlığa əmin olduğunu bildirdi.
 
Yerli şirkət olaraq “SDL Nobel” öz sahəsində ən yüksək xidmətləri göstərmək və regionda iri beynəlxalq və yerli müştərilərin tələblərinə cavab vermək məqsədi ilə 2016-cı ildə yaradılıb. SDL Nobel özünün birgə sahibləri olan Nobel Oil Services (UK) Limited və SDL Denholm Limited şirkətlərinin qabaqcıl yerli və beynəlxalq təcrübəsindən yararlanır.
 
“SDL Nobel” neft-qaz sənayesində quruda və dənizdə metal konstruksiyaların istehsalı sahəsində ixtisaslaşmış şirkətdir. Onun xidmətlər dairəsinə metal konstruksiya, texniki avadanlıqlar və obyektlərin quraşdırılması, istehsal edilmiş materialların təftişi, istehsal edilmiş materialların təzyiq altında sınağı və digər xidmətlər daxildir.
 

LENT

18 İyul 2018
17 İyul 2018

Digər xəbərlər >>>