Sizin link burada

17 yaşlı qızı qaçıran 2 oğlan həbs edildi

Ağdaş rayonunda yetkinlik yaşına çatmayan qızı zorla avtomobilə mindirərək Yevlax rayonuna qaçıran şəxslər tutulub.

 

APA-nın yerli bürosunun xəbərinə görə iyunun 12-də rayonun Korarx kənd sakini, 1986-cı il təvəllüdlü Xəlilov Rövşən Marif oğlu qonşusu olan qızı, Korarx kənd orta məktəbinin 11-ci sinif şagirdi A.C.-ni qaçırıb. Rövşən Xəlilov orta məktəbdən evə qayıdan 17 yaşlı qızı küçədə zorla tutaraq rayonun Yuxarı Nemətabad kənd sakini, 1986-cı il təvəllüdlü Mustafayev Maqsud Əhmədiyə oğlunun idarə etdiyi 03-BC-528 dövlət nömrə nişanlı “VAZ 21011” markalı minik avtomobilinə mindirib və Yevlax rayonunun Əkşəm kəndinə aparıb.

 

Qızın valideynləri dərhal Ağdaş rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət ediblər. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olan və yeniyetmə qıza zor tətbiq edərək onu qaçıran şəxslər tutularaq istintaqa təhvil verilib. Sağ-salamat ailəsinə təhvil verilən qız qonşusu Rövşən Xəlilovla ailə qurmaq istəmədiyini, bir kənddə yaşamalarına baxmayaraq onunla əvvəllər heç bir ünsiyyəti olmadığını və zorla qaçırıldığını bildirib.

 

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə (adam oğurluğu) cinayət işi açılıb. Hər iki şəxsi 10 ildən 15 ilədək həbs cəzası gözləyir.  

 

LENT

17 İyul 2018
16 İyul 2018

Digər xəbərlər >>>