Sizin link burada

Temperatur yüksəlir - HAVA PROQNOZU

İyunun 20-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu,  yağmursuz hava şəraiti ilə müşahidə olunacaq. Şimal küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan lent.az-a daxil olan məlumata görə, havanın temperaturu gecə  18-21°, gündüz  27-32° isti olacaq.

 

Bakıda  gecə  19-21° isti, gündüz  29-31° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  norma daxilində 760 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət  gecə 65-75 %, gündüz 40-50 % olacaq.

 

Abşeron çimərliklərində gözlənilən  hava şəraiti

Şimal çimərliklərində-  Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada şimal istiqamətli külək əsəcək.  Dəniz suyunun temperaturu 21-22° isti təşkil edəcək.

Cənub çimərliklərində-Türkan, Hövsan, Sahil, Şıxda da  şimal istiqamətli külək əsəcək. 

Dəniz suyunun temperaturu  22-23° isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin səhər və gündüz Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 31-36° isti, dağlarda  gecə  9-13° isti, gündüz  18-23° isti təşkil edəcək.

 

LENT

17 İyul 2018
16 İyul 2018

Digər xəbərlər >>>