Sizin link burada

Qoyun oğruları yaxanı ələ verdi

Quba Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Rustov kənd sakini Ağalar Bayramovun həyətindən 2 baş xırda buynuzlu heyvanlarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

 

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Lent.az-a verilən məlumata görə, Araşdırmalarla onun həmin kənd sakini Mahir Həsənov olduğu müəyyən edilib.

 

Ətraflarında aparılan tədbirlərlə onların digər cinayət əməllərinin də üstü açılıb. Belə ki, M.Həsənov 2017-ci ilin mart ayından cari ilin may ayına qədər olan  müddətdə həmkəndlilərinə məxsus 4 baş iribuynuzlu və 2 baş xırda buynuzlu heyvanı oğurlaması da müəyyən edilib.

 

Dindirilmə zamanı M.Həsənov törətdiyi cinayəti etiraf edərək, oğurladıqları heyvanları Quba rayon ərazisində dəyərindən ucuz qiymətə satdıqını bildirib.

 

Faktla bağlı Quba RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, onun başqa oğurluq hadisələrində iştirak edib-etməməsi araşdırılır.

 

LENT

23 İyul 2018
22 İyul 2018
21 İyul 2018

Digər xəbərlər >>>