Sizin link burada

Yanğın yerində araşdırma işlərinə başlanıldı - ETSN - GÖRÜNTÜLƏR

19 iyun 2018-ci il tarixində Ziya Bünyadov prospektindəki tikinti materiallarının satışı bazarında naməlum səbəbdən baş vermiş yanğın nəticəsində havaya qatı tüstü və qoxu yayılıb.

 

Lent.az-a daxil olan məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları dərhal hadisə yerinə gedib. Monitorinq və araşdırma işlərinə başlayıb.

 

Mütəxəssislər atmosferə yayılan tüstü axını və qoxu ilə əlaqədar havanın çirklənmə səviyyəsini müəyyən etmək üçün sanitar mühafizə zonasından xüsusi cihazlarla nümunələr götürüb.

 

Götürülmüş nümunələr üzərində laborator analiz aparıldıqdan sonra nəticələr barədə məlumat veriləcək.

 

Nazirliyin əməkdaşları hazırda hadisə yerində araşdırma və monitorinqləri davam etdirir.

 

 

LENT

16 İyul 2018

Digər xəbərlər >>>