Sizin link burada

Bakıda restoranda baş verən yanğın söndürüldü - FOTO - YENİLƏNİB

Bakı şəhərinin Nərimanov rayonunda restoranda baş vermiş yanğın söndürülüb. 

 

Lent.az-ın xəbərinə görə,  bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Əlavə məlumat veriləcək.

 

 

10:54

 

"Nanəli" restoranında yanğının söndürülməsi işləri davam etdirilir.
 
 
 
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın restoranın I və II mərtəbələrində qeydə alınıb.
 
 
 
Yanğın lokallaşdırılıb. İlkin məlumatlara görə, xəsarət alan yoxdur.
 
 
 
Qeyd edək ki, yanğın baş verən əraziyə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev baş çəkib.

 

10:12

 

Paytaxtın Nərimanov rayonunda restoran yanır.

 

Lent.az Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsinə istinadən bildirir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda restoranda yanğın baş verib.

 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürmə işləri davam etdirilir.

 

Əlavə məlumat veriləcək.

 

LENT

16 İyul 2018

Digər xəbərlər >>>