Sizin link burada

Bakıda güclü yanğın söndürüldü: nazir müavini hadisə yerində - FOTO - YENİLƏNİB

Yanğın baş verən əraziyə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev gəlib.   
 
 
 
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının I müavini Şahmar İbadov APA-ya bildirib ki, hadisə "Taxta bazarı"nın ərazisində qeydə alınıb və daha sonra yanğın qonşuluqdakı dükanlara keçib.
 
 
 
"Yanğın söndürülüb və yanğınsöndürənlərin səyi nəticəsində geniş miqyas almasının qarşısı alınıb", - deyə Ş.İbadov vurğulayıb.     
 
 
 
Yanğın təxminən 10-dan artıq dükanda qeydə alınıb.
 
 
10:06
 
Yanğın baş verən əraziyə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev gəlib.
 
 
 
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 15 yanğınsöndürən maşını gəlib.
 
 
 
Etibar Mirzəyev APA-ya bildirib ki, yanğın nəticəsində xəsarət alan yoxdur: "Yanğının baş vermə səbəbləri aradırılacaq. Araşdırmalardan sonra ətraflı məlumat veriləcək".
 
 
09:16
 
 
Bakıda tikinti materiallarının satışı mağazası yanır.
 
 
 
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a daxil olan məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda tikinti materiallarının satışı mağazasının dam örtüyü yanır.
 
 
 
Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub.
 
 
 
 
 
Yanğınsöndürmə işləri davam etdirilir.
 
 
 
 
 
 
09:05
 
 
Bakıda səhər saatlarında güclü yanğın baş verib.
 
Lent.az-ın Trend-ə istinadən məlumatına görə, Nərimanov rayonu ərazisində tikinti materialları mağazası yanır. Hazırda Bakı səmasını qara tüstü bürüyüb.
 
 
 
Yanğının söndürülməsi istiqamətində iş aparılır.

LENT

17 İyul 2018
16 İyul 2018

Digər xəbərlər >>>