Sizin link burada

Beton daş parçası 7 yaşlı uşağın üstünə düşdü

Neftçalada azyaşlının xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.

 

Lent.az-ın “report”a istinadən xəbərinə görə, hadisə axşam saatlarında rayonun Xolqarabucaq kəndində qeydə alınıb.

 

Belə ki, evin divarından qopan beton daş parçası 2011-ci il təvəllüdlü Xankişizadə Məhəmməd Ceyhun oğlunun üstünə düşüb. Ağır xəsarət alan azyaşlı Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olduğundan M. Xankişizadə cərrahiyyə şöbəsinə qaldırılaraq əməliyyat olunub.

 

LENT

23 İyul 2018
22 İyul 2018
21 İyul 2018

Digər xəbərlər >>>