Sizin link burada

DÇ-2018: Səudiyyə Ərəbistanını daşıyan təyyarənin mühərrikinə quş girdi

Səudiyyə Ərəbistanı yığmasını Rostov şəhərinə daşıyan təyyarədə nasazlığa mühərrikə girən quş səbəb olub.

 

APA-nın xəbərinə görə, bu barədə “Rusiya” aviaşirkətinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir.

 

“Eniş ştat rejimdə keçib. Təyyarənin mühərrikində guya yanğının baş verməsinə dair xəbərlər həqiqətə uyğun deyil. Hadisə nəticəsində zərərçəkən olmayıb”, məlumatda deyilir.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanının futbol üzrə yığma komandası Rusiyada keçirilən XXI Dünya çempionatında iştirak edir.

 

LENT

23 İyul 2018
22 İyul 2018
21 İyul 2018

Digər xəbərlər >>>