Sizin link burada

22 yaşlı gənc atdan yıxılıb xəstəxanalıq oldu

Şəkidə 22 yaşlı gənc bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün günorta saat 15:30 radələrində rayonun Baltalı kənd sakini 1996-cı il təvəllüdlü Nurlan Rəsul oğlu Rəhimov qarnının qapalı küt travması xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

 

MRX-dan APA-ya bildirilib ki, Nurlan Rəhimov kəndin inzibati ərazisindəki otlaq sahəsində atdan yıxılaraq ağır xəsarət alıb. Müayinə zamanı Nurlan Rəhimovun dalağının partladığı məlum olub. Nurlan Rəhimovun üzərində cərrahiyə əməliyyatı aparılaraq dalağı çıxarılıb. Nurlan Rəhimovun müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirlir.

 

Faktla bağlı araşdırma aparılır.

 

LENT

23 İyul 2018
22 İyul 2018
21 İyul 2018

Digər xəbərlər >>>