Sizin link burada

Güclü külək, yağış - HAVA PROQNOZU

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir.

 

Lent.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, şimal-qərb küləyi arabir güclənəcək.

 

Bakıda gecə  20-22 dərəcə, gündüz  29-31 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında iyunun 19-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacaq, arabir yağış yağacaq. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22 dərəcə, gündüz 29-34 dərəcə olacaq.

Sabah Abşeron yarımadasında  xəzri küləyinin arabir güclənməsi və iyun ayı üçün səciyyəvi temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

LENT

17 İyul 2018
16 İyul 2018

Digər xəbərlər >>>