Sizin link burada

Bakı sakini özünü birinci mərtəbədən ataraq öldürmək istədi

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xəzər rayonunda 1 nəfər birmərtəbəli fərdi yaşayış evinin damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

 

Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. Əməliyyat başa çatıb. 

LENT

23 İyul 2018
22 İyul 2018
21 İyul 2018

Digər xəbərlər >>>