Sizin link burada

Moskvadakı qəzada yaralananlardan ikisi azərbaycanlıdır

Moskvada avtomobilin piyadalara çırpılması nəticəsində 2 Azərbaycan vətəndaşı yaralanıb

 

Moskvanın mərkəzində taksi xidməti göstərən sürücünün avtomobili piyadaların üzərinə sürməsi nəticəsində xəsarət alanlardan ikisi Azərbaycan vətəndaşıdır.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, son məlumata əsasən, qəza nəticəsində 7 nəfər xəsarət alıb, sürücü saxlanılıb.

 

Məlumata görə, xəsarət alanlar arasında həmçinin iki rusiyalı, iki meksikalı və bir ukraynalı şəxs var.  

 

İlkin versiyaya görə, qəza sürücünün idarəetməni itirməsi nəticəsində baş verib.  

 

Araşdırma aparılır. 

 

LENT

18 İyul 2018
17 İyul 2018

Digər xəbərlər >>>