Sizin link burada

İmişlidə çayda boğulan şəxsin meyiti tapıldı - YENİLƏNİB

İmişli rayonunda çayda boğulan şəxsin meyiti tapılıb. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, 16 iyun il tarixində Araz çayının İmişli rayonunun Göbəktala kəndi ərazisindən keçən hissəsində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 180 km aralı, nəzarətsiz ərazidə) batdığı ehtimal olunan 1983-cü il təvəllüdlü İmanov Nizaməddin Kamal oğlunun axtarışları başa çatıb. N.İmanovun cəsədi Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 

 

 

xxxx

 

01:03

 

İmişli rayon sakini, 1983-cü il təvəllüdlü İmanov Nizaməddin  Kamal oğlu Göbəktala kəndi ərazisində Araz çayında çimərkən boğulub. APA-nın Mil-Muğan bürosunun məlumatına görə,azırda Т.İmanovun batdığı yerdə FHN xilasediciləri tərəfindən axtarışlar davam  etdirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

LENT

16 İyul 2018

Digər xəbərlər >>>