Sizin link burada

“Mercedes” inəklərlə toqquşdu: 3 ölü, 3 yaralı - YENİLƏNİB

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərin və xəsarət alanların adları məlum olub.

 

APA-nın yerli bürosunun xəbərinə görə, iyunun 14-də gecə saat 23:00 radələrində yolun 177-ci kilometrliyində, İsmayıllının Gəraybəyli kəndi ərazisində Göyçay sakini, taksi sürücüsü, 1970-ci il təvəllüdlü Çingiz Eminov idarə etdiyi “Merсedes” markalı minik avtomobili ilə Bakıdan sərnişinləri rayona gətirərkən qəflətən yoluna çıxan 2 baş inəyi vuraraq avtomobili aşırıb.

 

Hadisə zamanı sürücü Çingiz Eminov və adı hələ ki, məlum olmayan 18 yaşlı qız sərnişin hadisə yerində ölüb, biri uşaq olmaqla 4 nəfər ağır xəsarət alıb. Yaralılar Gəraybəyli kənd sakinlərinin köməyi ilə deformasiyaya uğramış avtomobildən çıxarılaraq Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Xəstəxanadan APA-nın yerli bürosuna verilən məlumata görə, xəsarət alan şəxslər, Göyçay rayon sakinləri - 1992-ci il təvəllüdlü Vətənxan Gülçöhrə İlham qızı, onun azyaşlı oğlu, 2013-cü il təvəllüdlü Vətənxan Kamal Nejdət oğlu, 1993-cü il təvəllüdlü Abışova Nərmin Aqil qızı və bacısı 1992-ci il təvəllüdlü Abışova Bəyim Aqil qızı cərrahiyə və reanimasiya şöbələrinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Bəyim Abışovanın da dünyasını dəyişdiyi bildirilir.

 

Hazırda digər yaralıların vəziyyəti ağır olaraq qalır.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

 

**** 00.48

 

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda 3 nəfərin ölümü, 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə iyunun 14-də gecə saat 23:00 radələrində yolun 177-ci kilometrliyində, İsmayıllının Gəraybəyli kəndi ərazisində qeydə alınıb. Göyçay sakini, taksi sürücüsü Çingiz Əliyev idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə Bakıdan sərnişinləri rayona gətirərkən gecənin qaranlıq vaxtı qəflətən yoluna çıxan 2 baş inəyi vuraraq avtomobili aşırıb.

 

Hadisə zamanı sürücü və 2 sərnişini hadisə yerində ölüb, biri uşaq olmaqla 3 nəfər ağır xəsarət aldığı üçün təcili yardım stansiyasının avtomobili ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ölən və yaralıların adları hələlik məlum deyil.

 

Əlavə məlumat veriləcək.

 

Faktla bağı araşdırma aparılır.

LENT

19 İyun 2018
18 İyun 2018

Digər xəbərlər >>>