Sizin link burada

Futbol üzrə Dünya Çempionatının rəsmi açılışı olub - CANLI YAYIM

Futbol üzrə Dünya Çempionatının rəsmi açılış mərasimi başa çatıb.
 
 
 
APA-nın Moskva müxbiri mərasimin keçirildiyi "Lujniki" stadionundan xəbər verir ki, mərasimdə Rusiya prezidenti Vladimir Putin və FİFA prezidenti Canni İnfantino çıxış ediblər.
 
 
 
Rəsmi açılışın ardınca DÇ-2018-in ilk oyununa start veriləcək.
 
 
İlk oyunda Rusiya və Səudiyyə Ərəbistanının milli komandaları qarşılaşır.
 
 
 
 
 
 
18:46
 
 
Futbol üzrə Dünya Çempionatının rəsmi açılış mərasimi başlayıb.
 
 
 
APA-nın Moskva müxbiri mərasimin keçirildiyi "Lujniki" stadionundan xəbər verir ki,  açılışda Rusiya prezidenti Vladimir Putin, FİFA prezidenti Canni İnfantino, Azərbaycan prezidenti İlham Əliyev, Belarus prezidenti Aleksandr Lukaşenko və digər şəxslər iştirak edirlər.
 
 
 
Açılış şousunda ingiltərəli məşhur müğənni Robbi Uilyams, rusiyalı tanınmış opera müğənnisi Aida Qarifullina və futbol üzrə ikiqat dünya çempionu, braziliyalı Ronaldo tamaşaçılar qarşısına çıxıb.
 
 
Mərasim davam edir.
 
 
 
Açılışın ardınca DÇ-2018-in ilk oyunu keçiriləcək.
 
 
 
İlk oyunda Rusiya və Səudiyyə Ərəbistanının milli komandaları qarşılaşacaq.
 

 

 

 

LENT

19 İyun 2018
18 İyun 2018

Digər xəbərlər >>>