Sizin link burada

Beyləqanda və Biləsuvarda yanğın olub

Beyləqanda 1otaqlı mənzildə yanğın vaş verib.

 

 

Lent.az-ın məlumatına görə, Yuxarı Aran qəsəbəsində ümumi sahəsi 28 m2 olan birmərtəbəli 1 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 10 m2 sahədə, ona bitişik ümumi sahəsi 28 m2 talvarın yanar konstruksiyaları və altına yığılmış əşyalar yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Biləsuvar rayonunun Çinarlı kəndində ümumi sahəsi 100 m2 olan ikimərtəbəli köməkçi tikilinin ikinci mərtəbəsinin tavanı 40 m2 sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

LENT

19 İyun 2018
18 İyun 2018

Digər xəbərlər >>>