Sizin link burada

Bazar günü işə çağırılan işçinin şikayətinə RƏSMİ CAVAB

Axundov adına Milli Kitabxananın işçisi bazar günü qeyri-iş günü olmasına baxmayaraq işə çağırıldığını deyir.

 

Lent-az-ın email ünvanına göndərilən bir şikayətdə kitabxananın adını bildirmək istəməyən işçisi məlumat verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, bazar günü qeyri iş günü olsa da, onları işə çağırırlar.

 

Axundov adına Milli Kitabxanadan məsələ ilə bağlı Lent.az-a bildirdilər ki, kitabxana xidməti iş gördüyü üçün bazar günü də fəaliyyət göstərir. Buna görə də işçilər həmin gün işdə olurlar. Amma bazar günündən sonra həmin günün əvəzinə işçilərin bir gün istirahət hüquqları var.

 

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>