Sizin link burada

Bakıda ağır qəza: ölən var

İyunun 9-na keçən gecə saat 2 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində yolu keçən piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri keçirilib. Araşdırmalarla hadisə yerində ölən şəxsin qəsəbə sakini Nəriman Məmmədov olduğu, yol qəzasının isə “VAZ-21015” markalı avtomobillə törədildiyi müəyyən edilib.

Görülmüş tədbirlərlə yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini Səlim Səfərov saxlanılaraq istintaqa təhvil verilib.

 

LENT

19 İyun 2018
18 İyun 2018

Digər xəbərlər >>>