Sizin link burada

Ərdoğandan Putinə sürpriz təklif

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə S-500 raket komplekslərinin birgə istehsalını təklif edib.

 

APA-nın xəbərinə görə, bu barədə Türkiyə prezidenti TV 24 telekanalına müsahibəsində bildirib.

 

"Rusiya bizə S-400 zenit-raket kompleksləri üzrə əlverişli kredit şərtləri təqdim edib. Növbəti  mərhələlərdə isə birgə istehsala başlayacağıq. Mən  Putinə S-500-ləri birlikdə istehsal etməyi təklif etdim”, deyə Ərdoğan vurğulayıb.

 

Ərdoğan həmçinin Rusiyadan S-400 zenit-raket komplekslərinin tədarükü  ilə bağlı ABŞ və NATO-nun tənqidlərinə cavab verib: “Bəs Yunanıstanın S-300-ləri barədə niyə susurlar? Türkiyəyə qarşı belə bir siyasətin yürüdülməsi anlaşılmazdır.  Biz daim müdafiə sənayemizin tələbatlarını təmin etməyə çalışacağıq”.

 

 

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>