Sizin link burada

Makedoniya prezidenti ölkənin adının dəyişdirilməsini rədd etdi

Makedoniya prezidenti Qeorqe İvanov Skopye ilə Afina arasında imzalanmış, ölkənin adının dəyişdirilməsini nəzərdə tutan müqavilə ilə razılaşmadığını bəyan edib.

 

APA-nın məlumatına görə, bu barədə Tera TV xəbər verib.

 

“Bu müqavilə cəmiyyəti birləşdirmir, əksinə onu daha çox ayırır. Mən Makedoniya xalqının və Makedoniya Respublikasının vətəndaşlarının ləyaqətini pozmayacaq həll üçün çalışacağam”, deyə Q.İvanov qeyd edib. Onun sözlərinə görə, müqavilə ölkə konstitusiyasını pozur.

 

Q.İvanov həmçinin deyib ki,  Makedoniyanın NATO və Avropa İttifaqına can atması bu addıma haqq qazandırmır: “Bu mənim yekun mövqeyimdir. Təzyiq, şantaj və təhdidlərlə məni sarsıtmağa imkan verməyəcəyəm. Bu zərərli müqaviləni təsdiq etməyəcəyəm”.

 

Bundan əvvəl Yunanıstan və Makedoniya arasında Makedoniya Respublikasının adının dəyişdirilməsinə dair razılığın əldə olunduğu bildirilirdi. Makedoniyanın baş naziri Zoran Zayev ölkənin Şimali Makedoniya adlandırılacağını bəyan etmişdi.

 

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>