Sizin link burada

"Maşın" şoudan qalmaqallı çıxan iştirakçıdan ŞOK MÜSAHİBƏ - VİDEO

 

“Maşın” şou yarışmasını qalmaqalla tərk edən müğənni Rahidə Baxışova maraqlı açıqlamalar verib. Lent.az-ın canlı yayımında qonaq olan ifaçı müsahibəsində bu sözləri dilə gətirib: “Mən “Maşında iştirak etdiyimə görə sevindim. Orda iştirak etdiyimə görə məni qınayan insanlar var. O qınayanların özü 2 gün maşının ətrafında dayana bilməzlər. Ora elə aləmdir ki, hər adam orda baş çıxara bilməz. Özü də ki, bu dəfə Roza orda idi. Dedi ki, hamınızı biçəcəm. Dediyini də elədi. Mən həssas insanam. Buna şou kimi baxa bilmədim. Hər deyilən söz mənə təsir edirdi. Daha çox tamaşaçını düşünürdüm, ona görə də səs tonumu qaldırmırdım. Çalışırdım ki, susum. Amma “Maşın” da susmaq lazım deyildi. Cavab versəydim, həyasız olacaqdım. 23 ildə tamaşaçı sevgisi qazanmışam. İstəmədim ki, o hörməti itirəm”.

 


R.Baxışova bildirib ki, yarışdan sonra bütün iştirakçılarla münasibəti normal qalıb: “Mən ora insanlarla düşmən olmağa getməmişdim. Biz sənət yoldaşıyıq, tez-tez üz-üzə gəlirik. Hər bir iştirakçı ilə münasibətim normal olaraq qalır”.

 

İfaçı onu da əlavə edib ki, həmkarı Roza Zərgərlinin “Maşın” şoudakı oyununu bəyənir: “Yaxşı ki, Roza məni yeddiliyə qədər gətirib çıxardı. Rozaya halal olsun. Onu orada daha yaxından tanıdım. Onun yarış zamanı ağıllı olmağı görsənirdi. Rozanın nə qədər zəki olması, yaxşı mənada hiyləgər olması özünü göstərdi. Mən sadəcə onu alqışlayıram. “Maşın”da bütün ssenarini Roza həyata keçirirdi. Mən bir dəfə Rozaya sual verdim kİ, ay qız, sən nə yaxşı belə biclikləri bilirsən? O da mənə dedi ki, bir neçə il yarışa qatılan zaman yaxın dostu Qaraqan onu yarışdan uzaqlaşdırıb. Ondan gözləmirmiş. Rozanın hərəkətlərini alqışlayıram. Ona halal olsun”.

 

R.Baxışova bildirib ki, bəzi iştirakçılardan fərqli olaraq şouda başqa obraza girməyib: “Əslində mən sakit təbiətli insanam. Sadəcə o verilişdə sakit olmamaq lazımdı. Roza, Pərvin kimi qışqırsaydım, qorxurdum ki, mənə qarşı nifrət olardı. Tamaşaçımın mənə sevgisi azalardı. Ona görə də adi həyatda necə idimsə, maşında da elə idim. Filmdə, tamaşada obraza girə bilərəm. Amma sırf bu yarışda obraza girə  bilmədim. Girə bilsəydim, Abbasın adını sona qədər çəkərdim”.  

 

 

Qeyd edək ki, müsahibənin tam hissəsinə aşağıdakı videoda baxa bilərsiniz:

 

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>