Sizin link burada

Bakıda yaşayış binasında yanğın söndürüldü - YENİLƏNİB

Bakıda yanğın hadisəsi qeydə alınıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Nərimanov rayonunda ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin mətbəxi 6 m² sahədə yanıb.

 

 Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

 

 

***

 

Bakı şəhərinin Nərimanov rayonu ərazisində bina yanır. Hadisə şahidlərinin Lent.az-a verdiyi məlumata görə, Azadlıq prospekti ilə Məmməd Araz (keçmiş Teymur Əliyev) küçələrinin kəsişməsində 5 mərtəbəli binanın 3-cü mərtəbəsindən yanğın başlayıb. Hadisə yerinə 5 yanğınsöndürmə briqadası cəlb edilib.

 

Əlavə məlumat veriləcək.

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>