Sizin link burada

UNEC-in Zaqatala filialına qəbulda yenilik: ixtisas sayı artırılıb

UNEC-in Zaqatala filialının təşkilatçılığı ilə X-XI sinif şagirdləri arasında 7 fənn üzrə olimpiada keçirilib.
 
Lent.az-ın məlumatına görə, filialın müəllimlərinin ana dili, fizika, riyaziyyat, ingilis dili, coğrafiya, tarix, informatika fənləri üzrə Dövlət İmtahan Mərkəzinin standartlarına uyğun tərtib etdikləri suallar əsasında təşkil olunan olimpiadada Zaqatala, Qax və Balakən rayonlarının məktəbliləri iştirak edib. Olimpiadanın nəticələri açıqlandıqdan sonra qaliblər Zaqatala filialına dəvət olunublar.
 
Filialın direktoru, professor Orucəli Rzayev qalibləri təbrik edərək, onlara təhsillərində uğurlar arzulayıb. Filial barədə məktəblilərə ətraflı məlumat verən O.Rzayev yeni tədris ilindən burada tələbə qəbulunun I və II ixtisas qrupu üzrə aparılacağını diqqətə çatdırıb. Filialda iqtisadiyyat, biznesin idarə edilməsi, maliyyə, mühasibat uçotu və audit ixtisasları ilə yanaşı, bu tədris ilindən menecment, marketinq, informasiya texnologiyaları ixtisasları üzrə də qəbulun həyata keçiriləcəyini vurğulayıb.
 
Filialdakı yenilikləri müsbət qarşılayan məktəblilərin sualları cavablandırılıb.
 
Sonda olimpiada qaliblərinə diplom və hədiyyələr təqdim olunub.

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>