Sizin link burada

Millət vəkili nüfuzlu xarici media qurumlarının rəsmiləri ilə görüşüb

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayeva  bir sıra nüfuzlu xarici media qurumlarının rəsmiləri ilə görüşüb. Lent.az xəbər verir ki, o   Avstraliya yayım korporasiyasının aparıcısı Stan Qrant, "SBS World News" kanalının aparıcısı Janice Petersen, News Corporations şirkətinin rəqəmsal bölməsinin rəhbəri Nikol Şeffield, "Financial Times" qəzetinin Asiya-Sakit okean üzrə FT və baş direktoru Angela Makey ilə  görüşüb. Görüş zamanı onlara Azərbaycan, onun tarixi, mədəniyyəti, bu günü, inkişafı, iqtisadi imkanları, qadınların cəmiyyətdə geniş rolu ilə bərabər Dağlıq Qarabağ problemi ilə də bağlı məlumatlar verib. Q. Paşayeva vurğulayıb ki, Ermənistan BMT Təhlükəsizlik Şurası da daxil olmaqla, Beynəlxalq Təşkilatların qətnamələrinə məhəl qoymur və öz yurd-yuvalarına dönə bilməyən 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün dünyanın nüfuzlu media qurumlarından bu məsələyə tez-tez geniş yer verilməsini, obyektiv işıqlandırılımasını və onların səsini dünyaya daha geniş duyurulmasını gözləyir. Millət vəkili Azərbaycanda qaçqın və məcburi köçkünlərin, qadınların və uşaqların problemlərinin həlli istiqamətində görülən işlər barədə də danışıb. Müzakirələr zamanı millət vəkili Q.Paşayeva onlara ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu ilə bağlı danışıb.  İqtisadiyyatda, biznesdə qadınların rolunun getdikcə artdığını da deyən millət vəkili qadınların dövlətin və cəmiyyətin idarə olunmasında, iqtisadiyyatda və biznesdə rolunun artırılmasının Azərbaycan dövlətinin siyasətində önəmli yer tutduğunu vurğulayaraq, gələcəkdə bu istiqamətdə daha böyük nailiyyətlər gözlənildiyini deyib. Bütün müsəlman şərqində qurulan ilk demokratik, parlamentli cümhuriyyət olan ölkəmiz barədə,  onun iqtisadi inkişafı, potensialı, mədəniyyəti, turizm imkanları  barədə də geniş məlumatlar verən millət vəkili onları Azərbaycana dəvət edib.

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>