Sizin link burada

Tramp narazıdı: "OPEC yenə eyni işi görür, bu, yaxşı deyil”

ABŞ prezidenti Donald Tramp neftin qiymətindən narazı olduğunu bəyan edib.
 
 
 
APA-nın xəbərinə görə, bu barədə D. Tramp şəxsi “Twitter” səhifəsində yazıb. “Neftin qiyməti çox yüksəkdir. OPEC yenə eyni işi görür. Bu, yaxşı deyil”, - deyə o, bildirib.
 
 
 
Qeyd edək ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,35 dollar və ya 0,53% azalaraq 66,01 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,25 dollar və ya 0,33% azalaraq 76,63 dollar olub.

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>