Sizin link burada

Azərbaycanı müsabiqədə bu müğənnimiz təmsil edəcək

Azərbaycanlı müğənni Dilarə Kazımova 16 və 17 iyun tarixlərində ölkəmizi “Star of Asia” beynəlxalq musiqi festivalında təmsil edəcək. Lent.az-ın məlumatına görə, Qazaxıstanın Almatı şəhərində baş tutacaq festivala ifaçı təşkilatçılar tərəfindən dəvət alıb. D.Kazımova həmin gün səhnəni dünya ulduzları ilə bölüşəcək. Belə ki, tədbirin xüsusi qonağı əslən iranlı olan müğənni Araşdır. Festivalın digər dünyaca məşhur simaları isə Amerikadan Anastasiya, Özbəkistandan Sevara, Rusiyadan isə “Serebro” qrupudur.

 

Qeyd edək ki, “Star of Asia” beynəlxalq musiqi festivalı “Medeu” idman kompleksində baş tutacaq.

 

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>