Sizin link burada

“Azərişıq” bayram günlərində xüsusi rejimdə işləyəcək

Ramazan bayramı ilə əlaqədar qeyri-iş günləri enerji istehlakçılarının, habelə bayram tədbirlərinin keçirildiyi yerlərin fasiləsiz enerji təchizatının təmin olunması məqsədilə texniki və təşkilatı tədbirlər görülərək “Azərişıq” ASC-nin Mərkəzi Aparatı və RETSİ (SS)-lər üzrə məsul vəzifəli şəxslərdən ibarət növbətçilik təşkil edilib, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlər görülüb.  

      

“Azərişıq” ASC-dən Lent.az-a verilən məlumata görə, elektrik şəbəkələrinin normal iş rejimi təmin olunmaqla  Bayram günlərində RETSİ-lər və rayon (şəhər) Elektrik Şəbəkələri üzrə növbətçilik təşkil edilib,  sui-istifadə hallarının qarşısının alınması üçün nəzarət gücləndirilib, elektrik  şəbəkələrinin  mal-material ehtiyacının ödənilməsi üçün zəruri tədbirlər görülüb.

 

Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, bayram günlərində “Azərişıq” ASC tərəfindən aparılması planlaşdırılan bütün işlər  müvəqqəti olaraq dayandırılacaqdır.

 

 

LENT

19 İyun 2018
18 İyun 2018

Digər xəbərlər >>>