Sizin link burada

DGK: Gömrük qanunvericiliyi təkmilləşdiriləcək

“Azərbaycanda gömrük qanunvericiliyi təkmilləşdiriləcək”.

 

“APA-Economics”in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin Hüquqi təminat şöbəsinin rəisi Sənan Muxtar bildirib.

 

Onun sözlərinə görə, Dövlət Gömrük Komitəsi gömrük qanunvericiliyinə yeni düzəlişlər üzərində işləyir. O bildirib ki, təkliflər hələlik müzakirə mərhələsindədir: “Təkliflərin sistemləşdirilməsindən sonra baxılması üçün gömrük rəhbərliyinə göndəriləcək”.

 

 

S. Muxtar qeyd edib ki, qanunvericiliyin təkmilləşdirilməsi gömrük sənədləşməsində sənədlərin azalmasına, gömrük prosedurlarının və gömrükdən keçid vaxtının azalmasına və sadələşdirilməsinə səbəb olacaq.

LENT

19 İyun 2018
18 İyun 2018

Digər xəbərlər >>>