Sizin link burada

Bank rəhbəri 10 milyona əmlak alıb? - MƏHKƏMƏ

“AtraBank”ın İdarə Heyətinin sabiq sədri Elmixan Nəbiyev barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam edib. Lent.az-ın məlumatına görə, Bakı Ağır Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Ziya Məmmədov ifadə verib. O bildirib ki,  E.Nəbiyevə  əmlak satıb: "Üstündən bir müddət keçəndən sonra Vergilər Nazirliyindən zəng etdilər ki, vergi ödəməliyəm. Mən də həmin məbləğin 20 faizi olmaqla 485 min 412 manat vergi ödədim. Həmin pulun yarısını isə Elmixan müəllim ödədi".

 

Təqsirləndirilən bank rəhbəri şahidin dediklərini düzgün olduğunu deyib: "Mən də 200 min manatı Mişadan alıb, vergi ödəmişəm".

 

Hakim elan edib ki, istintaq materiallarında E.Nəbiyevin həmin daşınmaz əmlakı 10 milyon 500 min manata aldığı qeyd edilib.

 

Daha sonra məhkəmə istintaqı başa çatıb.

 

Məhkəmə iyunun 20-də davam edəcək.

 

 

Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, “AtraBank” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri olmuş Nəbiyev Elmixan Nəbi oğlunun qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb. İstintaq zamanı E.Nəbiyevin “AtraBank” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləyərkən bank sahəsində qüvvədə olan qanunvericiliyin şərtlərini pozmaqla, bankın lisenziyasının ləğv olunmasının qarşısını almaq üçün özünün iştirakı ilə yaradılmış və yaxın münasibətlərdə olduğu ayrı-ayrı şəxslərin adlarına rəsmiləşdirilmiş formal, heç bir fəaliyyəti olmayan özəl müəssisələri təşkil etmək yolu ilə faktiki mövcud olmayan maliyyə vəsaitləri üzrə onların adlarına ümumilikdə 8 milyon 405 min manat məbləğində qanunsuz kreditlər rəsmiləşdirərək Mərkəzi Bankın tələb etdiyi formal məcmu nizamnamə kapitalına malik olması görüntüsü yaratmasına, eyni zamanda ayrı-ayrı fiziki şəxslərin adlarına ümumilikdə 809 min manat kredit rəsmiləşdirib mənimsəməklə talamasına əsaslı şübhələr müəyyən edilib.

 

E.Nəbiyevin qeyd edilən qanunsuz hərəkətlərlə külli miqdarda özgə əmlakını mənimsəməsinə və ləğvetmədə olan “AtraBank” ASC-nin hüquqlarına və qanuni mənafelərinə, o cümlədən dövlətin bank sisteminin dayanlıqlığının və maliyyə sabitliyinin daha da gücləndirilməsi sahəsində qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə şübhələr üçün əsaslar olduğundan Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan olunur.

 

LENT

24 İyun 2018
23 İyun 2018

Digər xəbərlər >>>