Sizin link burada

Azərbaycanda polis gücləndirilmiş iş rejimində çalışacaq

Ramazan bayramı günlərində Azərbaycan polisi gücləndirilmiş iş rejimində çalışacaq. 
 
 
 
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən polis iyun 15-dən 20-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq.
 
 
 
Bayram günlərində ictimai yerlərdə və insanların kütləvi istirahət etdiyi ərazilərdə xoşagəlməz hadisələrin qarşısını almaq və hüquq qaydasına nəzarəti gücləndirmək məqsədilə qabaqlayıcı və digər zəruri tədbirlərin görülməsi təmin ediləcək.
 
 
 
Ramazan bayramı günləri ictimai asayişin təmin edilməsi ilə əlaqədar olaraq post-patrul xidməti naryadlarının sayı artırılacaq.

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>