Sizin link burada

Sabah “Son zəng”dir

Sabah 2017/2018-ci dərs ili başa çatır. Bu münasibətlə bütün ümumi təhsil müəssisələrində “Son zəng” tədbirləri baş tutacaq. Lent.az xəbər verir ki, “Son zəng” tədbirlərinin məktəb daxilində və 2 saat keçirilməsi nəzərdə tutulur.

 

Qeyd edək ki, 2017-2018-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin XI sinfini 19 192 nəfər bitirəcək. Ümumrespublika üzrə bu tədris ilinin sonunda XI sinfi bitirəcək şagirdlərin sayının 83 001 nəfər olacağı gözlənilir.

 

Onu da bildirək ki, 2015-ci ildən etibarən Azərbaycanın məktəblərində “Son zəng” mayın 31-də deyil, iyunun 14-də təşkil olunur.

 

 

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>