Sizin link burada

Qəbələdə güclü sel: FHN 77 nəfərə kömək etdi


İyunun 11-də Qəbələ rayonunun Tikanlı və Bum kəndləri ərazisindən keçən Bum çayına gələn sel Tikanlı kəndini rayon mərkəzi ilə birləşdirən piyada və avtomobil körpüsünü yararsız hala salıb. 

 

Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, nəticədə kənd sakinlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Hadisə yerinə Mülkü Müdafiə Qoşunlarının  şəxsi heyəti cəlb olunub, 77 nəfər vətəndaşa müvafiq köməklik göstərilib. 

 

Əməliyyat başa çatıb.​

 

LENT

24 İyun 2018
23 İyun 2018

Digər xəbərlər >>>