Sizin link burada

Bayram günlərində “Azərbaycan Dəmir Yolları” gücləndirilmiş rejimdə çalışacaq

Ramazan bayramı günlərində  (14-19 iyun) “Azərbaycan Dəmir Yolları” QSC-nin sərnişin daşımaları Departamentinin kollektivi gücləndirilmiş iş rejimində çalışacaq.

 

“Azərbaycan Dəmir Yolları” QSC-dən “APA-Ecoomics”ə verilən xəbərə görə, sərnişin qatarlarında xidmət mədəniyyətinin səviyyəsinin daha da yüksəldilməsi üçün bütün qüvvələr səfərbər olunub.

 

Ramazan bayramı günlərində  sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 15-ə yaxın əlavə vaqonun qoşulması təmin ediləcək. “Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir,” – deyə məlumatda bildirilir.

 

 

LENT

19 İyun 2018
18 İyun 2018

Digər xəbərlər >>>