Sizin link burada

“Kanal Avrupa” buraxılışını Azərbaycana həsr etdi

Avropa ölkələrində 3 milyondan artıq tamaşaçı kütləsinə malik “Kanal Avrupa”da yayımlanan “Belçika aktuel” proqramının növbəti  Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunub. Azərbaycanın Belçikadakı səfirliyindən Lent.az-a verilən xəbərə görə, proqramda səfir Fuad İsgəndərov və Brüssel Universitetinin doktorantı Yalçın Məmmədovun müsahibələrinə yer ayrılıb.

 

Müsahibələrdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və Azərbaycan xalqının müstəqilliyə çatmaq üçün keçdiyi mürəkkəb tarixi yol, ölkəmizin bugünkü sosial və iqtisadi inkişafı barədə bəhs edilib, Azərbaycanın müstəqillik qazandıqdan sonrakı dövrdə əldə etdiyi nailiyyətlər, iştirak etdiyi irimiqyaslı enerji layihələri, ölkəmizin ev sahibliyi etdiyi musiqi və idman yarışları, eləcə də turizm potensialı barədə izləyicilər ətraflı məlumatlandırılıb.

 

Proqramda həmçinin Azərbaycanın tarixini, mədəniyyətini, incəsənətini və turizm imkanlarını özündə əks etdirən reportajlara yer ayrılıb.

 

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>