Sizin link burada

Tramp Pxenyana səfər etməyə razılıq verib

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inın Pxenyana səfər etmək dəvətini qəbul edib.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Kim Çen In, öz növbəsində, D.Trampın Vaşinqtona səfər dəvətini qəbul edib.

 

“İki ölkə lideri məmnuniyyətlə bir-birinin dəvətini qəbul edib. Onlar qarşılıqlı səfərlərin KXDR-ABŞ münasibətlərinin normallaşdırılmasında mühüm hadisə olacağına əminliklərini ifadə ediblər”, - deyə Şimali Koreyanın dövlət xəbər agentliyinin məlumatında bildirilir.    

 

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>