Sizin link burada

Prezident Əskişəhərdə Ərdoğanla görüşdü

Azərbaycan prezidenti İlham Əliyevin iyunun 12-də Əskişəhərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.

 

APA-nın xəbərinə görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Azərbaycan ilə Türkiyənin birgə həyata keçirdiyi mühüm qlobal layihələrin, o cümlədən TANAP layihəsinin əhəmiyyəti vurğulanıb.

 

Söhbət zamanı enerji sahəsində geniş əməkdaşlığın həyata keçirildiyi qeyd olunub. Dövlət başçıları əminliklərini bildirdilər ki, əlaqələrimiz bundan sonra da bütün sahələrdə daim möhkəmlənəcək və genişlənəcək.

 

Görüşdə ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

LENT

19 İyun 2018
18 İyun 2018

Digər xəbərlər >>>