Sizin link burada

Əməkdar artist: "Yaxşı kişilər gəzəyən olur"

Əməkdar artist Cavanşir Məmmədoğlu sevgidən danışıb. Lent.az-ın məlumatına görə, ifaçı “Hər şey daxil” verilişində deyib ki, bir insan 2-3 dəfə sevə bilər:

 

“Sevgi elə-belə əmələ gəlmir. Sevmək hər gün, hər həftə olmur. Bir neçə dəfə insan həyatına gəlir. Əgər təpədən-dırnağa qədər gəlirsə, həmişəlik qalır. Ailə qurursansa, keçir uşaqlara, bölünür, olur dostluq. Bir də var ki, sevgi xəbərin olmadan gəlir. Sevgi sağalmaz bir xəstəlikdir. Onun müalicəsini heç bir təbib, alim, akademik tapa bilməyib. Hər insanda iki-üç dəfə sevgi olur”.
 

C.Məmmədov daha sonra aparıcı-prodüser Tarix Əliyevin (Tolik) “Heç xanımınız kostyumunuzda pomada ləkəsi görüb deyibmi ki, bu nədir” sualına belə cavab verib:

 

“Görüb, indi də görür. Nə deməlidir ki? İnsan ailə qurmazdan əvvəl düşünməlidir. Ailə qurmazdan əvvəl sözümü demişəm. Tək pomadanı evə gətirə bilərsən. Əsas odur ki, kişi xəstəliyi evə gətirməsin. Biri gəlib səni dost kimi öpə bilər. Bu, köhnə bir ifadədir, əsl kişilər bilir: Yaxşı kişilər gəzəyən olur”.

 

LENT

19 İyun 2018
18 İyun 2018

Digər xəbərlər >>>