Sizin link burada

Avropa gənclər Yay Olimpiya festivalına 50 ölkədən 4 min qonaq gələcək

 

Bu gün Gənclər və İdman Nazirliyində nazir Azad Rəhimovun rəhbərliyi altında 2019-cu ilin 20-28 iyul tarixlərində Bakıda keçiriləcək Avropa gənclər Yay Olimpiya festivalına hazırlıq işlərinin müzakirəsi məqsədi ilə toplantı keçirilib. 
 
 
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, görüşdə Milli Olimpiya Komitəsinin vitse prezidenti Çingiz Hüseynzadə, nazir müavini İsmayıl İsmayılov, nazirliyin idman şöbəsinin müdiri Fərid Mansurov, idman federasiyalarının rəsmiləri və idman mütəxəssisləri iştirak edirdilər.
 
 
Nazir ilk olaraq məlumat üçün Avropa gənclər Yay olimpiya festivalının 1990-cı ildən keçirildiyini, ötən illər ərzində Paris, Lissabon, Tbilisi və digər şəhərlərdə baş tutduğunu, 2019-cu ildə isə paytaxt Bakının bu yarışlarlara ev sahibliyi edəcəyini qeyd edib. Toplantı zamanı bildirilib ki, 6 gün davam edəcək yarışlarda iştirak üçün Bakıya 50 Avropa ölkəsindən 2000 idmançı, 1500-dən artıq nümayəndə heyəti, ümumilikdə 3500-4000 qonağın gələcəyi gözlənilir.
 
Ümumilikdə idmançılar 10 idman növündə (əsas 9, ev sahibi olan ölkəyə əlavə 1 idman növü verilir: atletika,basketbol, velosiped, idman gimnastikası, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol, yunan roma- sərbəst güləş ), 13 proqram  üzrə mübarizə aparacaqlar. Yarışın açılış mərasiminin Crystal Hallda baş tutacağı bildirilib. 
 
Toplantı zamanı yarışların keçiriləcəyi idman arenalarının hazırlığı üçün görülməsi tələb olunan işlər, idmançıların yarışlara hazırlığı, texniki məsələlər və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb. 
 
 

LENT

19 İyun 2018
18 İyun 2018

Digər xəbərlər >>>