Sizin link burada

Magistraturaya daxil olan oğlanların sayı 74 faiz artıb

Nostrifikasiya sahəsində ali təhsil sənədlərinin tanınması və ekvivalentliyinin müəyyən olunması (nostrifikasiya) məqsədi ilə cari ildə 2574 müraciət icraata qəbul edilib. Lent.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin 2017-2018-ci tədris ili üçün açıqlanan hesabatında məlumat verilib. Məlumata əsasən, əvvəlki illərdən icrası başa çatdırılmamış ali təhsil sənədləri də daxil olmaqla ümumilikdə 3017 sənədin icrası başa çatdırılıb.

 

Həmçinin məlumat verilir ki, hərbi xidmətdən möhlət hüququ verilməsi ilə əlaqədar ötən illə müqayisədə magistraturaya qəbul olan oğlanların sayı 74 faiz artıb. Cari ildə magistratura pilləsinə qəbul olanların 3590 nəfərini (56.4 faiz) qızlar, 2771 nəfərini (43.6 faiz) isə oğlanlar təşkil edib. Ümumilikdə magistraturaya qəbul imtahanlarında bakalavrların ümumi nəticələri ötən tədris ilinə nisbətən 36,3 faiz yüksəlib.

 

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>