Sizin link burada

Azərbaycanda 140 min müəllim diaqnostik qiymətləndirmədən keçib

2017-2018-ci tədris ilində 140.000-dək müəllim diaqnostik qiymətləndirmədən keçib. Lent.az xəbər verir ki, Təhsil Nazirliyinin 2017-2018-ci tədris ili üzrə hesabatlarında bildirilir ki, qiymətləndirilməyə cəlb olunan müəllimlərin dərs yükü norması 1,5 dəfə yüksəldilməklə əməkhaqları 2 dəfə artırılıb. 2017-ci ildə 49.000-dən, 2018-ci ildə isə 16.000-dən çox müəllim diaqnostik qiymətləndirmədən keçib.

Qeyd edək ki, 2017-2018-ci dərs ili üçün müəllimlərin işə qəbulu üzrə təşkil olunmuş müsabiqədə iştirakı məqsədi ilə 49335 nəfər miq.edu.az saytında qeydiyyatdan keçib. Onlardan 47000 nəfərin elektron ərizəsi təsdiq edilərək test imtahanına buraxılıb. Test imtahanında 40000 nəfər iştirak edib. Müsabiqənin 1-ci turunun nəticəsinə görə müddətsiz müqavilə ilə işə qəbul olunanların sayı 4454 nəfər, 2-ci turun nəticəsinə görə isə 1058 nəfər olub.

 

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>