Sizin link burada

Bakıda qonşusunu parkinqə görə öldürənə 17 İL 6 AY HƏBS TƏLƏBİ

Bir müddət əvvəl Bakıda qonşusunu küçədə avtomobil saxlamasına görə öldürən 57 yaşlı Vidadi Rzayev barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam edib. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək Vidadi Rzayevin 17 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini tələb edib.

 

Növbəti iclas iyunun 14-nə təyin edilib.

 

Qeyd edək ki, hadisə ötən il Yasamal rayonu, Xıdır Mustafayev küçəsində qeydə alınıb. 57 yaşlı Vidadi Rzayev aralarında yaranmış mübahisə zəminində qonşusu 47 yaşlı Şahin İsgəndərova bıçaqla 9 dəfə zərbə vurub. Şahin İsgəndərov ağır vəziyyətdə 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Yasamal rayon hüquq mühafizə orqanlarının əməkdaşları Vidadi Rzayevi saxlayıblar. Hadisə şahidlərinin verdiyi məlumata görə, mərhum Şahin İsgəndərov dəfələrlə qonşusu Vidadi Rzayevə avtomobilini yolda saxlaması ilə bağlı iradını bildirib.

 

LENT

23 İyun 2018
22 İyun 2018

Digər xəbərlər >>>