Sizin link burada

80 yaşlı kişi mənzilində ölü tapıldı

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1938-ci il təvəllüdlü Rüstəmov Elxan İldrım oğlunun cəsədini aidiyyəti üzrə təhvil veriblər.

 

Əməliyyat başa çatıb. 

LENT

24 İyun 2018
23 İyun 2018

Digər xəbərlər >>>