Sizin link burada

Koreya yarımadası nüvəsizləşdiriləcək: Kim öhdəlik götürdü

Koreya Xalq Demokratik Respublikası və ABŞ Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə dair razılığa gəlib.

 

APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, Tramp və Kim Çen In arasında görüşün yekunlarına dair imzalanmış sənədə əsasən KXDR Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə dair qətiyyətli və davamlı öhdəlik götürüb.

 

 

Tramp da bunun qarşılığında KXDR-in təhlükəsizliyinin təminatına dair söz verib.

 

Kim və Tramp 1950-1953-cü illərdə Koreya müharibəsi zamanı ölmüş amerikalı hərbçilərin qalıqlarının axtarılması barədə  razılığa gəliblər.

 

Sammit çərçivəsində imzalanmış yekun sənəddə o da qeyd edilib ki, ABŞ və KXDR sülh və yeni əməkdaşlığa hazırdır.

LENT

19 İyun 2018
18 İyun 2018

Digər xəbərlər >>>