Sizin link burada

Azərbaycandan qaçmaq istəyən müğənni ilə bağlı YENİ XƏBƏR

Musiqiçi tanışını bıçaqlayan müğənni Əfsər İsmayılov barəsindəki cinayət işi üzrə məhkəmə  prosesi başlayıb. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən müğənninin anket məlumatları dəqiqləşdirilib. Ə.İsmayılov ittiham aktını almadığını deyib.

 

Bu səbəbdən məhkəminin hazırlıq iclası iyunun 21-dək fasilə elan edib.

 

Qeyd edək ki, hadisə ötən il Nəsimi rayonu ərazisindəki "Nar" kafesinin yaxınlığında baş verib. 

 

Kafedə müğənni fəaliyyəti ilə məşğul olan Əfsər İsmayılov onu sintizatorda müşayət edən Asif İbadovu bıçaqlayıb.  Hadisəyə səbəb Ə.İsmayılov mahnı ifa edərkən A.İbadovun onu sintizatorda düzgün müşayət etməməsi olub. Bundan qəzəblənən müğənni musiqiçi tanışı bıçaqlayıb.

 

Hadisə yerindən qaçan Ə.İsmayılov hava limanında saxlanılıb.

 

Fakt üzrə Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

 

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>