Sizin link burada

Bakıda dəhşətli hadisədə ölən 3 nəfərin şəxsiyyəti müəyyənləşdi - ADLAR

Bakı şəhərinin Qaradağ rayonunda baş vermiş dəhşətli qəzada ölən 3 nəfərin şəxsiyyəti müəyyənləşib. Lent.az xəbər verir ki, bu gün saat 06:10-da Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ilə Sahil qəsəbəsini birləşdirən yolun 5-ci kilometrliyində "Vaz 2106" markalı, 90 FO 643 dövlət qeydiyyat nişanlı minik avtomobilinin 50 DF 025 nömrəli "KamAZ"la toqquşması nəticəsində avtomobilin sürücüsü, 1967-ci il təvəllüdlü Şahmuradov Rahid İmadəddin oğlu ilə yanaşı, sərnişinləri, 1987-ci il təvəllüdlü İsmayılova Gülnaz Zabir qızı və onun oğlu, 2014-cü ildə anadan olmuş İsmayılov Mustafa Saleh oğlu hadisə yerində vəfat edib. 

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

 

*****

 

11:02

 

Bakı şəhərinin Qaradağ rayonu ərazisində dəhşətli yol qəzası baş verib. Lent.az xəbər verir ki, bu gün saat 06:10-da Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ilə Sahil qəsəbəsini birləşdirən yolun 5-ci kilometrliyində "Vaz 2106" markalı, 90 FO 643 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə 50 DF 025 nömrəli "KamAZ" toqquşub. Nəticədə minik avtomobilində olan 3 nəfər hadisə yerindəcə keçinib.

 

Onların bir ailənin üzvü olduğu bildirilir.

 

Hazırda ölən şəxslərin kimliyi dəqiqləşdirilir.

 

*****

 

10:52

 

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Qaradağ rayonunda “VAZ” markalı minik avtomobili və “Kamaz” markalı yük avtomobili toqquşub. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilinin sürücüsü, 1967-ci il təvəllüdlü Şahmuradov Rahid İmadəddin oğlunun cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

 

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>