Sizin link burada

İyunun 14-ü ali məktəblərə ərizə qəbulu başa çatır

Ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu iyunun 14-dək davam edəcək. Bu barədə Lent.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Məlumatda bildirilir ki, elektron ərizələrində ali təhsil müəssisələrinin I, II, III və IV ixtisas qrupları üzrə keçirilən yaz imtahanında iştirak etmək istədiyini qeyd etmiş abituriyentlər yay imtahanında da iştirak etmək istədikləri halda göstərilən tarixədək qeydiyyatdan keçməlidir.

Qeydiyyatdan keçməyən abituriyentlər yay imtahanında iştirak edə bilməyəcək.

Təsdiq olunmuş elektron ərizələrində ali təhsil müəssisələrinin I, II, III, IV, V ixtisas qruplarına və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) aid üç bənddən birini və ya ikisini seçən abituriyentlərə digər bəndləri də seçməyə icazə verilir.

29 mart – 30 aprel tarixlərində aparılan elektron ərizə qəbulunda iştirak etməyən abituriyentlər də müvafiq qaydada qeydiyyatdan keçə bilərlər.

 

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>