Sizin link burada

Barak Obama: “Ərdoğanla mübahisə etməkdən nifrət edirəm”

Barak Obamanın rəhbərliyi dönəmində xarici təhlükəsizlik məsələləri üzrə ABŞ prezidentinin köməkçisi işləmiş Ben Rodesin “Dünya olduğu kimi” kitabı çapdan çıxıb.

 

Lent.az-ın Milliyet-ə istinadən verdiyi xəbərə görə, kitab Birləşmiş Ştatların ilk qaradərili prezidenti Barak Obamanın hakimiyyəti dövründən bəhs edir. "Dünya olduğu kimi"də ABŞ-ın 44-cü dövlət başçısının xarici ölkə prezidentləri, hökumət başçıları ilə bağlı xatirələri, eləcə də nüfuzlu dərgilərə müsahibələri yer alıb.

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı xatirələrə də yer verilən kitabda Barak Obama 2011-ci ildə onunla aralarında yaşanan bir xatirəni də danışıb:

 

“Hələ onda Ərdoğan baş nazir idi. BMT-nin ümumi toplantısı keçirilirdi. Fələstin məsələsi müzakirə olunurdu. Aramızda fikir müxtəlifliyi vardı. O, hər şeyi ən xırdalığına qədər getməyi, uzun-uzun danışmağı xoşlayır. Ərdoğanla mübahisə etməkdən nifrət edirəm”.

 

LENT

19 İyun 2018
18 İyun 2018

Digər xəbərlər >>>