Sizin link burada

Siyəzəndə ana ölümü ilə bağlı araşdırma başladı - RƏSMİ

Siyəzən rayonunda baş verən ana ölümü ilə bağlı araşdırma başlanılıb. Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib. O deyib ki, artıq hadisə nazirliyin Doğuşayardım Komissiyası tərəfindən araşdırılır. Araşdırma bitdikdən sonra bununla bağlı əlavə məlumat veriləcək.

 

Qeyd edək ki, Aytən Qasımova adlı qadın ötən gün Siyəzən Regional Diaqnostika Mərkəzinin doğum şöbəsinə yerləşdirilib.

 

Qadın doğuş zamanı dünyasını dəyişib, dünyaya gətirdiyi övladının isə vəziyyəti qənaətbəxşdir. 

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>